Müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümü Serbiya ilə Rusiya arasında münasibətləri pisləşdirə bilər. Bununla belə, Belqrad Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil.
Sitat.info xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
O, Vladimir Putin rejimini tənqid edən Navalnının ölüm xəbərindən dəhşətə gəldiyini bildirib:
“İndi Serbiyanın Rusiyaya münasibəti Ukraynadakı vəziyyətin inkişafı və ABŞ-dakı prezident seçkisinin nəticələri kontekstində nəzərdən keçirilməlidir”.