Qəzzaya hücumların təsiri ilə İsrail iqtisadiyyatı 2023-cü ilin son rübündə yüzdə 19,4 azalıb.
Sitat.info xəbər verir ki, İsrail Mərkəzi Statistika Bürosu (CBS) 2023-cü ilin son rübü üçün artım məlumatlarını açıqlayıb.
Qəzzaya edilən hücumlar İsrail iqtisadiyyatına mənfi təsir göstərib. İsrailin ümumi daxili məhsulu (ÜDM) ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 19,4 faiz azalıb.
Bazar gözləntiləri İsraildə ÜDM-in 10 faiz azalması yönündə idi.
Seymur Bənnayev
Sitat.info