Putin Kim Çenə maşın hədiyyə etdi

10:28 20 Fevral 2024

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İnə avtomobil hədiyyə edib.

Sitat.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Rusiya istehsalı olduğu iddia olunan avtomobilin marka və modeli qeyd olunmayıb.

Xatırladaq ki, hələ ötən ilin sentyabrında Putin şimali koreyalı həmkarını Rusiya istehsalı “Aurus” avtomobili ilə tanış edib. Bununla belə, Kim Çen İn Qərb markalarının yasaqlandığı ölkəsində Almaniya istehsalı “Maybach”da hərəkət etməyə üstünlük verir.



Xəbər xətti