ABŞ senatoru: "Netanyahu Qəzzada uşaqları ac-yalavac qoyub"

13:47 21 Fevral 2024

Müstəqil ABŞ senatoru Bernie Sanders İsrailin Qəzzalı uşaqları ac ​​qoyduğunu bəyan edərək deyib ki, ABŞ buna  “ortaq” olmamalıdır.
Sitat.info xəbər verir ki, senator Sanders sosial media platformasında bildirib .

İsrailin hücumları və humanitar yardım məhdudiyyətləri səbəbiylə ehtiyac duyulan qida, su, dərman və yanacağın çox kiçik bir hissəsinin Qəzzaya çatır. Bu sözləri deyən Sanders əlavə edib ki, vəziyyətin ağırlığını və daha da pisləşə biləcəyini izah edəcək ifadə tapa bilmir. 

Qəzzada yüz minlərlə uşağın aclıqla mübarizə apardığına və təmiz içməli suya çata bilmədiklərinə diqqət çəkən Sanders deyib:  “Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Qəzzanın bütün əhalisi aclıqla üzləşib və hazırda təxminən 378 min insan acdır. Qəzzada bir çox səhiyyə müəssisəsi  hava hücumları nəticəsində zərər görüb və bir tibb işçisi  uşaqları xilas etməyə çalışarkən həyatını itirib. Bölgədəki səhiyyə işçiləri hər biri “qəhrəman”dır. 

Səid,

Sitat.info



Xəbər xətti