HƏMAS: ÜƏP-nin işinin dayandırılması Qəzzanın şimalında problemləri artıracaq

17:19 21 Fevral 2024

Həmas, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) İsrailin insanları zorla aclıqdan öldürdüyü Qəzza zolağının şimal bölgələrinə yardım səylərini dayandırmasını "humanitar böhranı dərinləşdirəcək təhlükəli bir hadisə" kimi qiymətləndirib.

Sitat.info xəbər verir ki, HƏMAS-dan verilən yazılı açıqlamada deyilir: "ÜƏP-nin Qəzza zolağının şimalında kiçik miqdarda yardım paylamaq səylərini dayandırması təhlükəli bir hadisədir". 

Bəyanatda İsrailin Qəzza zolağı və xüsusilə də onun şimal bölgələrini tam blokadaya almasının “müharibə cinayəti” olduğu vurğulanıb və bu qərardan sonra Qəzza şəhəri və onun şimal bölgələrində fələstinlilərin iztirablarının daha da artacağına diqqət çəkilib.



Xəbər xətti