İspaniyalı fermerlər traktorlarla yolları bağlayıblar

21:59 21 Fevral 2024

İspaniyada başlatdıqları etirazlar çərçivəsində minlərlə fermer paytaxt Madriddə toplaşaraq traktorları ilə yolları bağlayıb.

Sitat.info xəbər verir ki, təxminən 5 minə yaxın fermer 500 traktorla Kənd Təsərrüfatı, Qida və Balıqçılıq Nazirliyinin binası qarşısında toplanıblar.

Mitinqə cavab olaraq Qida və Balıqçılıq Naziri Luis Planas kənd təsərrüfatında bəzi dəyişiklikləri ehtiva edən təkliflər üzərində müzakirə apardıqlarını deyib:

"Avropadakı fermerlərə kömək, ümumi kənd təsərrüfatı siyasətlərində bəzi yeniliklər tətbiq etmək və bəzi maddələrin müvəqqəti olaraq dayandırılması məsələlərində Brüssellə danışıqlar gedir".

İspaniyada fermerlərin etirazları fevralın 6-da başlayıb. Onların məqsədi sektorun düşdüyü çətin vəziyyətə diqqət çəkmək, fermerlərin sığorta hüquqlarının genişləndirilməsinin təmin edilməsi, eləcə də Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxmaqdır.

Rəsmi məlumatlara görə, etiraz aksiyalarında 50-dən çox insan saxlanılıb.

Türkan,

Sitat.info



Xəbər xətti