Fransa bu silahları Ermənistana verir

15:29 22 Fevral 2024

Fransa fevralın 22-də Ermənistana silahların yeni partiyasını tədarük edəcək.

Sitat.info xəbər verir ki, bu barədə “Fiqaro” məlumat yayıb.

Bildirilib ki, yeni partiyaya gecəgörmə cihazları və 250 km-ə qədər məsafədə təyyarələri aşkar edə bilən GM200 RLS-lər daxildir:

“Tərəflər bu barədə hələ 2023-cü ilin oktyabrında hava hücumundan müdafiə, eləcə də gecəgörmə durbinləri ilə bağlı niyyət sazişləri imzalanarkən razılaşıblar”.

Nəşrin yazdığına görə, Ermənistan və Fransa 2024-cü ildə birgə hərbi təlimlər keçirməyi də planlaşdırır.



Xəbər xətti