Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpa edilməsi ilə bağlı hər hansı yenilik yoxdur.
Bu barədə Axar.az-a Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə uçuşlar müvəqqəti olaraq dayandırılıb:
“Uçuşların dayandırılmasının səbəbləri hər kəsə bəllidir. AZAL vəziyyəti diqqətlə izləyir və bu marşrut üzrə uçuşlar bərpa edildikdə aviaşirkət məlumat verəcək. Lakin uçuşların nə vaxt bərpa olunması ilə bağlı hələlik heç bir yenilik yoxdur”.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumlarından sonra bütün aviaşirkətlər Təl-Əvivə reyslərini təxirə salmışdı.