Qəzzada ölənlərin sayı 29 500 nəfəri ötüb

20:38 23 Fevral 2024

Qəzza zolağında İsrail hərbi əməliyyatları başlayandan bəri 29 514 insan həlak olub, 69 616 fələstinli isə yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə təkcə son 24 saat ərzində İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində 104 nəfər ölüb, 160 nəfər yaralanıb.

Nazirlikdən həmçinin bildirilib ki, İsrail ordusu dağıntılar altında və yollarda qalan cəsədlər üçün təcili yardım maşınlarının gəlməsinə imkan vermir.

Türkan 

Sitat.info

 



Xəbər xətti