Cənubi Koreya diqqətli olmalı və Ukraynadakı münaqişəyə birbaşa qarışmamalıdır.
Sitat.info xəbər verir ki, bu sözləri ölkənin “Yeni İslahat” partiyasının həmsədri Li Nak Yon deyib.
O, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatı pisləyib və bunu “işğal” adlandırıb:
"Münaqişə gərək dağıntısız və sülhlə başa çatsın. Ölkələrin beynəlxalq münaqişələrə qarışmağına gəldikdə isə diqqətli olmalı birbaşa qarışmamalıdırlar".
Həmsədr bildirib ki, Cənubi Koreya Ukraynaya heç bir silah-sursat göndərmir yalnız humanitar və maliyyə yardımı, mina detektorları və minalardan təmizləmə avadanlıqları kimi öldürücü olmayan hərbi texnika göndərir.
Türkan,
Sitat.info