Zelenskidən Putinə ironiyalı ismarıc: "48 saat deyirdin, artıq 48 gün oldu"

10:35 13 Aprel 2022

Rusiyanın Ukraynaya təcavüzündən 48 gün keçib. Ötən gecə kameralar qarşısına keçən Vladimir Zelenski işğalçı qoşunların ağır və bərpası mümkün olmayan itkilər verdiyini bildirib.

SİTATA.İNFO-nun məlumatına görə, Rusiya lideri Vladimir Putinin 48 saat ərzində Kiyevi ələ keçirmək arzusunda olduğunu, lakin 48 gün keçdiyini xatırladan Zelenski deyib ki, Rusiya ordusunun hazırki itkiləri  Sovet İttifaqının Əfqanıstanda 10 illik işğal zamanı verdiyi itkidən daha çoxdur. 

 "Rusiyanın necə öyündüyünü və Kiyevi 48 saata ələ keçirəcəyini bəyan etdiyini xatırlayırsınızmı? 48 saat  yox, 48 gün keçdi. Rusiya ordusunun  48 gündəki itkiləri Sovet İttifaqının Əfqanıstandak10 ildə verdiyi itkilərin sayını ötüb keçdi. . Bu itkilərə görə heç bir kompensasiya yoxdur”.

Bu arada ABŞ lideri Co Bayden rusiyalı həmkarına qarşı getdikcə daha sərt mövqe nümayiş etdirir. Fevralın 24-də başlayan işğaldan sonra ilk dəfə “soyqırım” ifadəsini işlədən Bayden Putinin Ukraynada “soyqırım” törətdiyini bildirib.

Vaşinqton administrasiyasının yanacağın qiymətinin sürətlə artması ilə bağlı gördüyü tədbirləri izah edən Bayden deyib ki, amerikalıların benzin üçün ödədiyi məbləğ, onun öz təbirincə desək, “bir diktatorun müharibə elan edib, soyqırım edib-etməməsindən asılı olmamalıdır".

ABŞ prezidenti əlavə edib ki, Ukraynada “soyqırım”ın olub-olmamasına vəkillər qərar verəcək: “Mən soyqırım dedim, çünki Putinin ukraynalı olması ilə bağlı fikrini silməyə çalışdığı gündən-günə aydınlaşır. Sübutlar artır". 

Ukrayna lideri Zelenski Tvitter hesabında Baydenin sözləri ilə bağlı deyib: "Əsl liderin doğru sözləri. Şərə qarşı durmaq üçün hər şeyi adı ilə demək lazımdır. Biz ABŞ-ın indiyə qədər göstərdiyi köməyə görə minnətdarıq. Amma  biz hələ ki, daha yumşaq davranırıq. Rusiya vəhşiliyinin bundan sonra  baş verməsinin qarşısını almaq üçün bizə təcili olaraq silah lazımdır".

Nərgiz, 

SİTAT.İNFO



Xəbər xətti