Zaporojye AES-də radiasiya səviyyəsi normaldır

23:43 27 Fevral 2024

Zaporojye Atom Elektrik Stansiyasının ətrafında radiasiya səviyyəsi məqbul səviyyədədir.

Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın Federal Tibbi-Biologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, stansiyada gündəlik monitorinqlər keçirilir. Nüvə təhlükəsizliyini təhdid edən həmçinin Ukraynada yaranan problemlərə görə 330 kilovoltluq xətt kəsilib.

Qeyd edək ki, Avropanın ən böyük nüvə stansiyası olan Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası hazırda Rusiya qüvvələri tərəfindən idarə olunur.

Türkan

Sitat.info

 



Xəbər xətti