Karapetyan: İrəvan son dərəcə təhlükəli oyun oynayır

18:15 28 Fevral 2024

Ermənistanın hazırkı hakimiyyəti KTMT, Aİİ və digər inteqrasiya strukturları ilə bağlı son dərəcə təhlükəli oyun oynayır ki, bunun da ağır nəticələri ola bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan deyib.

“İrəvan başa düşmür ki, xarici siyasət istiqamətinin bir komponentinin dəyişdirilməsi kifayət deyil, dəyişiklik olarsa, bütün komponentləri diqqətlə yeniləmək lazımdır. Çünki yalnız bir amilin dəyişdirilməsi ölkəmiz üçün dağıdıcı ola bilər. İrəvanın xarici siyasət istiqamətini dəyişdirmək üçün atdığı addımlar təkcə siyasi deyil, həm də iqtisadi nəticələrə səbəb olacaq. Aydındır ki, Ermənistan Rusiya ilə ciddi tellərlə bağlıdır”, - o bildirib.



Xəbər xətti