Qazaxıstan vahid vaxt qurşağına keçir

22:56 29 Fevral 2024

Qazaxıstanda indiyə qədər istifadə edilmiş iki ayrı saat qurşağının əvəzinə bu gecədən etibarən vahid vaxt qurşağı tətbiq ediləcək.

Sitat.info xəbər verir ki, bu barədə Qazaxıstan hökuməti qərar qəbul edib.

Qərara əsasən fevralın 29-dan martın 1-nə keçən gecə ölkənin qərb bölgəsi istisna olmaqla, bütün rayonlarında şəhərlərdə saatlar bir saat geri çəkiləcək. Beləliklə, ölkə tamamilə qərb hissəsində istifadə olunan UTC + 5 saat qurşağına daxil ediləcək.

Vətəndaşların mobil telefonlarına saat qurşağının dəyişdirilməsi ilə bağlı məlumat mesajları göndərilib.

Təyyarə və qatarların hərəkət cədvəli ilə bağlı təcili xətt yaradılıb.

Türkan

Sitat.info



Xəbər xətti