Yaponiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

09:33 1 Mart 2024

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Belə ki, 12 fiziki şəxsə və 36 təşkilata qarşı sanksiya elan edib.

Sitat.info-nun məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin rəsmi qəzetində deyilir.

Yeni sanksiyalar siyahısına daxil edilən təşkilatlar arasında “FSUE Atomflot”, “Kalaşnikov”, “Almaz-Antey”, “Uralvaqonzavod” və “Bazalt” konserni də var.

Yaponiya hakimiyyəti “Tinkoff” bankı da sanksiyalar siyahısına əlavə edib. Həm fiziki şəxslərin, həm də təşkilatların aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyaların martın 31-dən qüvvəyə minəcəyi vurğulanır.



Xəbər xətti