Məşhur müğənni haqqında həbs qərarı çıxarıldı

18:25 1 Mart 2024

İran höküməti Məhza Əmini aksiyalarında “Bəraye” mahnısı ilə etiraz edən məşhur iranlı müğənni və bəstəkar Şervin Hacıpuru 3 il 8 ay azadlıqdan məhrum edib.

Kult.az xəbər verir ki, bu barədə Şervin Hacıpur şəxsi İnstaqram hesabında məlumat yayıb.

Müğənni “rejim əleyhinə təbliğat”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanları şirnikləndirmək və iğtişaşlara təhrik etmək” maddələri ilə 3 il 8 ay həbs edilib və ölkədən çıxışına 2 il qadağa qoyulub.

Həmçinin məhkəmə bu cəzaları yetərsiz hesab edərək əlavə tələblər irəli sürüb. Belə ki, məhkəmə ona “Amerikanın insanlığa qarşı cinayətləri” haqqında musiqi hazırlamaq, “İslamda qadın hüquqları” barədə iki kitabın xülasəsini öyrənib 30 səhifəlik əlyazma şəklində virtual məkanda nəşr etdirmək məcburi tapşırığı verib.

Xatırladaq ki, Şervin Hacipur etiraz aksiyalarından təsirlənərək oxuduğu "Bəraye" mahnısına görə daha əvvəl də İran polisi tərəfindən saxlanılıb. Onun bu mahnısı “2023 Qremmy” (“sosial dəyişiklik üçün ən yaxşı mahnı”) mükafatını qazanıb.



Xəbər xətti