Fələstinin BMT-dəki (BMT) daimi nümayəndəsi Riyad Mənsur Qəzzada aclığın müharibənin acınacaqlı nəticəsi olmadığını ifadə edərək deyib: "İsrail aclıqdan müharibə taktikası kimi istifadə edir. İsrail xalqımızı acından öldürür".
Sitat.info xəbər verir ki, BMT Baş Assambleyasında ABŞ-nın BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs tələb edən son qətnaməsinə veto qoymasını müzakirə etmək üçün sessiya keçirilib.
Burada çıxış edən Mənsur, İsrailin 5 aydır Fələstin xalqına qarşı “nəzarətsiz və balanssız” şəkildə cinayət törətməyə davam etdiyini, BMT Təhlükəsizlik Şurasında atəşkəs çağırışının qarşısının alındığını bildirib.
Seymur Bənnayev
Sitat.info