Ankrada Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Y.Gülər həmkarını rəsmi mərasimlə qarşılayıb.
Daha sonra iki nazir arasında görüş olub.
Qeyd edək ki, Z.Həsənov martın 6-da Türkiyəyə rəsmi səfərə gedib.