İsrail qüvvələri oktyabrın 7-dən indiyədək 7450 nəfəri saxlayıb

20:06 6 Mart 2024

Qəzza zolağında 2023-cü il oktyabrın 7-də başlayan müharibədən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayı 7450-yə yüksəlib.

Sitat.info xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanatında oktyabrın 7-dən bu yana həbslərlə bağlı son məlumatlar paylaşılıb.

Açıqlamada, İsrail qüvvələrinin son 24 saat ərzində İordan çayının qərb sahilindəki Hebron, Beytləhm, Ramallah, Tulkərim və Kalkilya şəhərlərində ən az 25 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti