Hərbi helikopter qəzaya uğradı: ölənlər var

10:02 7 Mart 2024

Sakit okeanda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Qəza nəticəsində 3 hərbi qulluqçu ölüb, 2-si isə itkin düşüb.

Qeyd olunub ki, hadisə Lasaro-Kardenasadan (Miçoakan ştatı) 370 km cənub-qərbdə baş verib.

Helikopterin göyərtəsində ümumilikdə 8 nəfər olub ki, onlardan 3-ü xilas edilib.

Hadisənin səbəbi hələlik müəyyən edilməyib.



Xəbər xətti