Gürcüstanda kömür mədənində partlayış: Ölən və yaralılar var

09:09 31 Yanvar 2022

Gürcüstanın İmereti bölgəsində yerləşən Mindeli kömür mədənində partlayış olub.

 

Modern.az xəbər verir ki, partlayışda xəsarət alan 9 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisənin səbəbi məlumat deyil. Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti