Prezident İlham Əliyev bir sıra fərmanlar və sərəncamda dəyişiklik etdi

12:41 7 Mart 2024

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sitat.info xəbər verir ki, fərmana əsasən, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 716 (Cild I) 2.3-cü bəndinə “Maliyyə Nazirliyi” sözlərindən sonra “və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri əlavə olunur və həmin bənddə “keçirir” sözü “keçirirlər” sözü ilə əvəz edilir.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 481 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.9-3-cü bəndindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılır və həmin bəndə “maliyyələşdirilməsinə qarşı” sözlərindən sonra “, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı” sözləri əlavə edilir.

3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 794 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilir:

3.1. 5.8-1-ci bənddən və 5.8-2.2-ci yarımbənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılır;

3.2. 5.8-2.1-ci yarımbənddən birinci halda “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin yarımbənddə “pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi” sözləri “əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə” sözləri ilə əvəz edilir.

4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.32-1-ci bəndi aşağıdakı redaksiyada verilir:

“9.32-1. notariuslara və qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirmək;”.

5. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.29-1-ci bəndi ləğv edilir;

5.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə VII – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə”nin 8.2-1-ci bəndi ləğv edilir.

6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132 (Cild I) 1.1-ci bəndindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin bənddə “Azərbaycan Respublikası Qanununun” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının” sözləri ilə, “həmin Qanunla” sözləri “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilir.

7. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2093 (Cild I) aşağıdakı dəyişikliklər edilir:

7.1. adında və preambulada “461-VQD” sözləri “461-VQ” sözləri ilə əvəz edilir;

7.2. 3-cü hissədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilir.

8. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 963 (Cild I) 2-ci hissəsindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılır və həmin hissədə “siyasətin” sözü “dövlət siyasətinin” sözləri ilə əvəz edilir.

9. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1954 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

9.1. 2.0.3-cü yarımbənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılır;

9.2. 3.0.68-ci yarımbənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin yarımbənddə “monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının” sözləri “öhdəlik daşıyan şəxslərin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının)” sözləri ilə əvəz edilir.

10. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 339 (Cild I) ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın “Prioritet 3. Maliyyə şəffaflığının təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər” hissəsinin adından, 3.4-cü bəndinin “Tədbirin adı”, “İlkin nəticə”, “Yekun nəticə” sütunlarından və 3.5-ci bəndinin “Tədbirin adı” sütunundan “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılır.

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

11.1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 31.8-ci maddəsinə uyğun olaraq, illik maliyyə hesabatının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi aktın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.



Xəbər xətti