Qəzzə qadınları: Uşaqlarını itirən qadının günüdürmü?

09:45 8 Mart 2024

İsrail tərəfindən aclığa məhkum edilən Qəzzalı qadınlar 8 Mart Beynəlxalq Qadınlar Gününü və qarşıdan gələn Ramazan ayını ürək ağrısı ilə qarşılayır.

Sitat.info xəbər verir ki, İsrailin 5 aydır hücumlarını davam etdirdiyi və insanları aclığa məhkum etdiyi Qəzza zolağında fələstinlilər qırğın, dağıntı və aclığın kölgəsində Ramazan ayını gözləyir.

Ramazan ayını hüznlə qarşılayanlardan biri, 44 yaşlı fələstinli Büşra əl-Şafii keçən həftə İsrailin Beytləhmi hədəf alan hücumunda ağır yaralandıqdan sonra huşunu itirən və Kamal Advan xəstəxanasında müalicə alan bibisini müşayiət edir. 

Bu mübarək ayı bomba səsləri olmadan daha təhlükəsiz bir mühitdə yaşamaq istədiklərini ifadə edən Şafii deyib: "Hər kəs Ramazana bəzəklərlə hazırlaşarkən, Qəzza qadınları qanla bəzədilib".

Kənan

Sitat.info



Xəbər xətti