İsrail polisi oktyabrın 7-dən sonra işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsada namaz qılmaq istəyən fələstinlilərə 22-ci həftədə də məhdudiyyətlər qoyub.
Sitat.info xəbər verir ki, İsrail polisi səhər saatlarından etibarən işğal altındakı Şərqi Qüdsün Qədim şəhərinin bir çox nöqtəsində dəmir maneələrlə nəzarət-buraxılış məntəqələri qurub.
Fələstinlilərin kimliyini yoxlayan İsrail polisi xüsusilə fələstinli kişilərin cümə namazı üçün Məscidül-Əqsaya daxil olmasına icazə verməyib.
Kənan Yusif
Sitat.info