Uçuş zamanı təyyarənin təkərləri maşınların üstünə düşüb- VİDEO

21:53 8 Mart 2024

ABŞ-da “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin təkəri havaya qalxarkən park edilmiş avtomobillərin üzərinə düşüb.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Boeing 777 tipli sərnişin təyyarəsi Yaponiyaya getmək üçün havaya qalxıb. Az sonra Los-Anceles Beynəlxalq Hava Limanına məcburi eniş edib. Aviaşirkətdən verilən açıqlamada 235 sərnişin və 14 ekipaj üzvü olan təyyarənin sağ-salamat eniş etdiyi bildirilib.

Hadisə zamanı xəsarət alan olmasa da, iki avtomobilə ziyan dəyib.

 

Türkan

Sitat.info



Xəbər xətti