Hindistanda genişmiqyaslı hərbi təlimlər keçiriləcək

10:44 9 Mart 2024

Bu il martın 12-də Racastan ştatının Tar səhrasında Hindistan ordusu quru qoşunları, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələrinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçiriləcək.

Sitat.info xəbər verir ki, manevrlər zamanı Hindistan şirkətləri tərəfindən istehsal olunan 60-a yaxın silah sisteminin, o cümlədən "BrahMos" səsdən sürətli qanadlı raketlər, "Akaş" zenit-raket kompleksləri, "Svati" artilleriya kəşfiyyat stansiyaları, "Vajra" özüyeriyən haubitsaları, "Pinaka" reaktiv yaylım atəş sistemləri və digər silahların döyüş qabiliyyəti nümayiş etdiriləcək.

Təlimlərdə həmçinin "Tejas" qırıcıları, "Praçand" yüngül helikopterləri, ən son artilleriya sistemləri ilə təchiz edilmiş döyüş gəmiləri, torpedo silahları və pilotsuz uçuş aparatlarından da istifadə ediləcək.



Xəbər xətti