Almaniya Ukraynaya qanadlı raketlər ötürəcək

13:26 11 Mart 2024

Almaniyanın xarici işlər naziri Annalena Berbok britaniyalı həmkarı Devid Kameronun qanadlı raketlərin dairəvi mübadiləsi barədə təklifini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Sitat.info bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, Almaniya Böyük Britaniyaya "Taurus" raketlərini tədarük edə, əvəzində isə London Ukraynaya "Storm Shadow" raketləri ötürəcək.

Beləliklə, Berlin rəsmi olaraq Kiyevə qanadlı raketlər ötürməyə görə məsuliyyətdən azad olacaq.



Xəbər xətti