NATO qoşunları birbaşa Ukrayna ərazisində yardım göstərə bilər -Çexiya prezidenti

16:02 11 Mart 2024

NATO qoşunları birbaşa Ukrayna ərazisində yardım göstərə bilər. Belə bir qərar heç bir beynəlxalq qaydaları pozmayacaq.

Sitat.info xəbər verir ki, bu sözləri Çexiya prezidenti Petr Pavel deyib.

O, bildirib ki, döyüş qoşunlarının yerləşdirilməsi ilə qoşunların bəzi “dəstək” fəaliyyətlərində mümkün iştirakı arasında aydın fərq qoyulmalıdır və NATO-nun artıq bununla bağlı təcrübəsi var.

“Xatırladaq ki, Krımın ilhaqından və Donbassın bir hissəsinin işğalından sonra,  kiçik miqyasda olsa da, NATO-nun təlim missiyası Ukrayna ərazisində vaxtilə 15-dən çox hərbi qüvvənin daxil olduğu Ukrayna ərazisində fəaliyyət göstərdi. Beynəlxalq hüquq və BMT Nizamnaməsi nöqteyi-nəzərindən NATO üzvü olan ölkələrin qoşunlarına, məsələn, mülki şəxslərə Ukraynadakı işlərdə kömək etməyə heç nə mane ola bilməz” - Pavel deyib. 

Məğrur,

Sitat.info



Xəbər xətti