İsrailin aylardır hücumlarını davam etdirdiyi və yardımların ölkəyə daxil olmasına mane olaraq böyük "humanitar fəlakət" törətdiyi Qəzza zolağında, inkubatorlardakı daha iki körpə qida çatışmazlığı və tibbi avadanlıq çatışmazlığı səbəbindən həyatını itirib.
Sitat.info xəbər verir ki, Qəzzanın şimalındakı Beytləhm bölgəsində olan Kamal Advan Xəstəxanası reanimasiya şöbəsi uşaq həkimi Samir Lebid, AA müxbirinə verdiyi açıqlamada vəziyyətlə bağlı məlumat verib.
Lebid deyib: "Ramazan ayının ilk günündə 2 körpə qida çatışmazlığı səbəbindən xəstəxanada həyatını itirdi".
Seymur Bənnayev
Sitat.info