Yunanıstan: Fələstinə yardım üçün bütün vasitələrdən istifadə edilməlidir

18:51 12 Mart 2024

Yunanıstanın xarici işlər naziri Giorgos Yerapetritis bildirib ki, Fələstinə humanitar yardım göndərmək üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir.

Sitat.info xəbər verir ki, Afinada Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşən Yerapetritis ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Yerapetritis Monteneqro ilə ikitərəfli əlaqələri dərinləşdirmək istədiklərini ifadə edərək, Afinanın Monteneqronun Avropa İttifaqına (AB) üzvlük perspektivini dəstəklədiyini vurğulayıb.

Kənan

Sitat.info



Xəbər xətti