Dnepropetrovskda yaşayış binası raketlə vuruldu: Ölənlər var (FOTO)

21:44 12 Mart 2024

Rusiya qüvvələri Dnepropetrovsk vilayətinə zərbələr endirib. Ölənlər var.

Sitat.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Krivoy Roqda raket atılması barədə məlumat yayıb. 

Dnepr Regional Şurasının sədri Nikolay Lukaşuk bildirib ki, hücum nəticəsində yaşayış binası yanır.

"Krivoy Roq - yaşayış binası düşmənin hücumu nəticəsində yanıb. Hörmətli Telegram kanallarının və digər sosial şəbəkələrdəki ictimai səhifələrin administratorları! Sizdən xahiş edirəm ki, informasiya sükutunu qoruyasınız və rəsmi məlumatlar çıxana qədər heç nəyi lentə almayaq və ya yerləşdirməyəsiniz. Bu təhlükəsizlik və insan həyatı məsələsidir.” , o vurğulayıb.

Məlumatı Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Sergey Lısak da təsdiqləyib.

"Düşmən hücumu nəticəsində hündürmərtəbəli binada yanğın baş verib. Biz bütün məlumatları dəqiqləşdiririk", - o yazıb.

Seymur,

Sitat.info



Xəbər xətti