Rusiyanın Ukraynaya təcavüzü davam etdikcə Rusiyanın blokadasında olan liman şəhəri Mariupol üçün kritik günlər, hətta saatlar başladı. Şəhəri müdafiə edən Ukrayna ordusunun əsgərləri çox kiçik bir ərazidə ilişib qaldıqları üçün, sursatlar bitdikdən sonra əks hücuma keçə bilməyiblər. Rusiya şəhəri tam mühasirəyə aldığından döyüş sursatı əsgərlərə çatdırıla bilmir.
Ukrayna cəbhəsindəki əsgərlər döyüş sursatlarının tükəndiyini və təslim olmaq məcburiyyətində qalacaqlarını bildirirlər.
Mariupolun süqutu da müharibənin gedişində böyük əhəmiyyət kəsb edir. Çünki Rusiya Mariupola tam nəzarət edərsə, Donbas bölgəsinə qarşı mühasirə əməliyyatının cənub cəbhəsi də açılacaq. Beləliklə, Rusiya hərbçiləri Donbası müdafiə edən Ukrayna ordusunu dörd tərəfdən mühasirəyə ala biləcəklər.
Rusiya qoşunlarının Donbas bölgəsinə doğru irəlilədiyi və əlavə qüvvələr aldığı müəyyən edilib. Qərb rəsmiləri Mariupolun belə bir dövrdə süqutunun müharibədəki balansı dəyişəcəyindən narahatdırlar.