Bahar Muradova: "Qarabağa qayıdış zamanı qadınların problemləri nəzərə alınmalıldır"

09:37 31 Yanvar 2022

“Münaqişədən sonra əraziyə insanların qayıdışı zamanı qadınların ehtiyac və problemləri nəzərə alınmalıdır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B. Muradova deyib ki, BMT-nin müdafiə qətnaməsinə əsasən, qadınların bu məsələlərdə rolu nəzərə alınmalıdır və Azərbaycan da bu sənədə qoşulub: “Artıq regionda vəziyyət dəyişib, Azərbaycan müvafiq qətnamələri yerinə yetirib. Azərbaycan öz gücünə münaqişəni həll dib, nümunə göstərib. Həssas təbəqələrin problemlərinin həllində, qadınların bu prosesdə rolunu təmin etməklə də Azərbaycan nümunə göstərəcək”.



Xəbər xətti