Tarixi gün: "Qarabağ"dan ikinci qol, azlıqda qaldı - Canlı

01:27 15 Mart 2024

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

Sitat.info-nun məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

***

"Bayer 04" - "Qarabağ" qarşılaşması start götürdü.

***

"Bayer 04" - "Qarabağ" matçının ilk hissəsində hesab açılmadı: 0-0.

***

Matçın ikinci hissəsi start götürdü.

***

"Qarabağ" Zubirin matçın 58-ci dəqiqədə vurduğu qolla hesabı açdı: 0-1.

***

Elvin Cəfərquliyev matçın 64-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoydu.

 



Xəbər xətti