Qalibiyyətə bərabər məğlubiyyət

02:49 15 Mart 2024

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçı başa çatıb.

Sitat.info əbər verir ki, oyun Almaniyanın "Bayer Leverkuzen" komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın heyətində qolları Abdullah Zubir (59-cu dəqiqə), Juninyo (68) vurublar. "Bayer"in heyətində Jeremi Frimponq (72-ci dəqiqə), Patrik Şik (90+3, 90+8) fərqləniblər.

Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən "Bayer" iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. "Qarabağ" isə Avropa Liqasında mübarizəni dayandırıb.



Xəbər xətti