Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında faciə - FOTO

11:17 15 Mart 2024

Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.

Sitat.info xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 30 yaşlı Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyyatsızlıqdan avtokar vurub.

Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib. O, xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.




Xəbər xətti