Mirhəsən Seyidov ölkə başçısı tərəfindən təltif edilib

20:00 15 Mart 2024

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Sitat.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Mirhəsən Mirheydər oğlu Seyidov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Mirhəsən Seyidov bununla bağlı ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürünü bildirib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edildiyim “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və vəsiqəsi mənə təqdim edildi. Cənab Prezident İlham Əliyevin Ulu Öndərimizin adını daşıyan yubiley medalı, bu yüksək təltif mənim üçün çox böyük şərəfdir. Möhtərəm cənab Prezidentə təşəkkürümü bildirirəm"!




Xəbər xətti