"Prinsipial mövqeyimizi qoruyub saxlayacağıq. Biz də beynəlxalq hüquqa uyğun addımlar atacağıq. Amma ən əsası sülhlə bağlı səylərimizi artırmağa davam edəcəyik".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Müharibədən sonra Türkiyənin NATO-da əhəmiyyətinin artdığını ifadə edən Çavuşoğlu bildirib ki, Türkiyəyə baxış müsbət mənada dəyişdi. Biz Kanada ilə embarqo problemini aradan qaldırmağı planlaşdırırıq. ATAK helikopterini Filippinə satdıq. Motoru ABŞ-dan alırıq. Mühərrikləri aldığımız üçün ABŞ bizə ixraca icazə verdi. Pakistana ixrac edəcəyik, ATAK helikopterlərinin ixrac icazəsini hələ almamışıq. Türkiyə bu gün mühüm rol oynayır. Daha güclü Türkiyə gələcəkdə daha böyük bir oyunşuya çevriləcək”.
ABŞ-ın Türkiyəyə F-16 satışına yaşıl işıq yandırdığını deyən Çavuşoğlu prosesin başladığını və danışıqların davam etdiyini bildirib. O qeyd edib ki, Konqresi inandıran Bayden administrasiyasıdır.
Çavuşoğlu yeni bir soyuq müharibənin əlamətlərinin ortada olduğunu deyərək vurğulayıb ki, Türkiyə balanslaşdırılmış siyasətini davam etdirəcək: "Təbii ki, beynəlxalq təşkilatlarla həmrəy addımlara önəm veririk, buna diqqət yetirəcəyik. Xarici siyasətimizdə balanslılıq prinsipi var. Hətta ən ciddi tənqidçilər də siyasətimizin nə qədər düzgün olduğunu görməyə başladılar. Biz bundan sonra da prinsipial xarici siyasət aparacağıq. Bunun asan olmayacağını bilirik. Təbii ki, təzyiqlər ola bilər".
Çavuşoğlu əlavə edib ki, may ayının üçüncü həftəsində İsrailə getməyi planlaşdırırlar.
Nərgiz,
SİTAT.İNFO