Ərdoğanın masasındakı 4 məsələdən biri də Zelenskidir...

09:52 31 Yanvar 2022

Prezident Tayyib Ərdoğanın sədrliyi ilə bu gün toplanacaq Nazirlər Kabinetində Rusiya-Ukrayna gərginliyi, Ermənistanla normallaşma, epidemiya ilə bağlı son vəziyyət və inflyasiyanın azaldılması üçün atılacaq addımlar da daxil olmaqla 4 mühüm mövzu müzakirə olunacaq.

SİTATA.İNFO xəbər verir ki, prezident kabineti bu gün Beştəpədə toplanacaq. Ədliyyə Nazirliyini Əbdülhəmid Güldən təhvil alan Bəkir Bozdağ ilk dəfə bu toplantıda  iştirak edəcək,  gündəlik yoluxma sayı 100 mini ötən koronavirus epidemiyası ilə mübarizə səyləri, peyvəndlə bağlı son vəziyyət, Rusiya ilə Ukrayna arasındakı gərginlikdə Türkiyənin vasitəçilik təklif etməsi, Ermənistanla normallaşma prosesindəki danışıqlar və iqtisadiyyatı inkişaf etdirməyin yolları müzakirə ediləcək.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun Qara dənizdə gərginliyin azaldılmasına dair diplomatik təşəbbüslərə dair brifinq verəcəyi görüşdə Ermənistanla təmasların normallaşması ilə bağlı vəziyyət də dəyərləndiriləcək. Bu çərçivədə Ərdoğanın fevralın 3-də Ukraynaya bir günlük səfəri də müzakirə olunacaq. Daha əvvəl də Türkiyənin Kiyev və Moskva arasındakı gərginlikdə vasitəçi rol oynaya biləcəyini bildirən Ərdoğanın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən öncəki hazırlıqlar müzakirə olunacaq.



Xəbər xətti