Ədən körfəzində naməlum şəxslər Yəmənin balıqçı gəmisini qaçırıblar.
Sitat.info-nun məlumatına görə, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Böyük Britaniyanın “Ambrey” şirkətinə istinadla məlumat yayıb.
“Balıqçı gəmisinin heyəti Somalinin Bosaso şəhərində endirilib", - məlumatda deyilir. Həmçinin bir ekipaj üzvünün güllə yarası aldığı bildirilib.