Nigeriyada silahlı şəxslər daha yüz adamı oğurlayıblar

10:07 19 Mart 2024

Nigeriyanın Kaduna ştatında silahlı şəxslər daha yüz adamı oğurlayıblar.

Sitat.info xəbər verir ki, faktı rəsmi şəxslər və BMT-nin Nigeriyadakı nümayəndələri təsdiqləyiblər. Oğurlanan şəxslər 2 qonşu kəndin sakinləridir.

Qeyd edək ki, Kaduna ştatında martın əvvəlində iki yüzdən çox adam oğurlanıb. Onların taleyi hələ də naməlumdur.



Xəbər xətti