Tunis sahillərində 20 gündə 58 qeyri-qanuni miqrant itkin düşüb

09:18 22 Mart 2024

Tunis sahillərində son 20 gündə ən azı 58 qeyri-qanuni miqrant Aralıq dənizini keçərək İtaliyaya keçmək istəyən zaman itkin düşüb.

Sitat.info-nun məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Tunis İqtisadi və Sosial Hüquqlar Forumunun üzvü İslam Gharbi bildirib ki, bu dövrdə Tunis sahilləri vasitəsilə İtaliyaya gələn qeyri-qanuni miqrantların sayı 447-yə çatıb.

Onun sözlərinə görə, bu müddət ərzində Tunis hakimiyyəti tərəfindən 1285 qeyri-qanuni mühacir həbs edilib ki, onların da əksəriyyəti Saharadan cənubda yerləşən Afrika ölkələrindən olub.



Xəbər xətti