Moskva teraktı ilə bağlı 11 nəfər saxlanıldı, YENİLƏNİB

10:49 23 Mart 2024

Moskvada “Crocus City Hall”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, sözügedən şəxslər Bryansk vilayətində saxlanılıblar.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Terakt törədən şəxslərin Məhmədrəsul Nəsridinov, Rivojidin İsmonov, Şahincan Safolzoda, Rüstəm Nəzərov olduğu bildirilir.

Onların hamısı Tacikistan vətəndaşıdır.

*****

Terror aktında iştirak edən 4 terrorçu da daxil olmaqla, 11 nəfər saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə məruzəsində bildirib.

Məlumata görə, "Crocus City Hall"a hücum edən terrorçuların hamısı saxlanılıb.



Xəbər xətti