Ukrayna Qərb rejimlərinin əli ilə 10 ildir ki, Avropada terrorun yayılması mərkəzinə çevrilir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında bildirib.
O, diqqəti bu hücumdan sonra terrorçuların Ukraynada gizlənmək planına yönəldib:
"Eyni ölkə Qərb liberal rejimlərinin əli ilə on ildir ki, Avropada terrorizmin yayılması mərkəzinə çevrilir və ekstremist çılğınlıqda hətta Kosovanı da üstələyir".