Son 1 həftədə Ukraynaya 1000-dən çox raket və bomba atılıb

10:23 25 Mart 2024

Son bir həftədə Rusiya Ukraynaya qarşı kütləvi hava hücumları həyata keçirib, mindən çox raket, bomba və kamikadze dronlardan istifadə edib.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşamkı müraciətində bildirib.

O deyib ki, bu həftə ərzində, yəni bazar ertəsindən (martın 18-dən – red.) indiyədək Rusiya tərəfi 190-a yaxın müxtəlif tipli raketdən və 140-a yaxın kamikadze dronundan istifadə edib.



Xəbər xətti