Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli zədələnib.
Sitat.info FFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi yığmanın ötən gün baş tutan məşqində sıradan çıxıb.
O, bu səbəbdən bu gün “FİFA series – Edition 2024” layihəsində Bolqarıstanla matçı buraxacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı oyun saat 20:00-da başlanacaq.