İsrail Livanın cənubunu vurdu: ölənlər var

10:52 27 Mart 2024

İsrail Livanın cənubundakı Nəbatiyə şəhərində Hizbullaha məxsus təcili yardım mərkəzinə zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində azı 7 nəfər ölüb.

Həmçinin Livanın şimal-şərqindəki 2 şəhərə endirilən hava zərbələri nəticəsində də 3 Hizbullah üzvü ölüb.

İsrail mənbələri məlumatı təsdiqləyib.



Xəbər xətti