İsrail rəsmiləri atəşkəs danışıqları üçün Doha və Qahirəyə gedəcək

19:32 29 Mart 2024

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi razılaşması əldə etmək məqsədiylə Həmas ilə dolayı danışıqlar aparmaq üçün yerli və xarici kəşfiyyat direktorlarının Doha və Qahirəyə getməsini təsdiqləyib.

Sitat.info xəbər verir ki, İsrail Baş nazirinin dəftərxanasından verilən açıqlamaya görə, Benyamin Netanyahu, xarici kəşfiyyat təşkilatı Mossad direktoru David Barnea və daxili kəşfiyyat təşkilatı Şin-Bet (Şabak) direktoru Ronen Bar önümüzdəki günlərdə ilk olaraq Qətərin paytaxtı Dohada, sonra isə Misirin paytaxtı Qahirədə danışıqlarda iştirakını təsdiqləyib.

Qeyd edək ki, HƏMAS və İsrail arasında dolayı danışıqlar keçən həftə Dohada davam edib, lakin atəşkəs və əsir mübadiləsinə dair razılıq əldə olunmayıb.

Kənan Yusif

Sitat.info



Xəbər xətti