"Ruslar gecə saatlarında iki su elektrik stansiyasını hədəfə alıblar" - Zelenski

20:19 29 Mart 2024

Rus işğalçıları Kaxovka su elektrik stansiyasını partlatdıqdan sonra Xerson vilayətində törətdikləri ekoloji fəlakəti təkrarlamaq arzusundadırlar.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski keçirdiyi iclasda, ötən gecə rus işğalçılarının qəsdən Kaniv və Dnestr su elektrik stansiyalarına zərbələr endirməyə cəhd etdiyini bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, indi çağırışlar çox ciddidir. Xüsusilə, ruslar yenidən Ukraynanın enerji sektoruna hücum ediblər. 
Qeyd edək ki, qərargahın iclasında baş nazir Denis Şmıqal, energetika naziri German Qaluşenko, “Ukrenergo” və “Naftoqaz” şirkətlərinin idarə heyətinin sədrləri Vladimir Kudritski və Aleksey Çernışov dəymiş ziyan və bərpa işləri barədə Zelenskiyə məlumat veriblər.

"Bu gecə "Kanevskaya" və "Dnestr" su elektrik stansiyaları düşmənin məqsədli hədəfinə çevrilib. Terrorçu ölkə Xerson vilayətində ekoloji fəlakətin təkrarlanmasını istəyir. Amma indi təkcə Ukrayna deyil, Moldova da təhlükə altındadır.  Rusiya müharibəsi Ukraynada vaxtında dayandırıla bilməzsə, dayanmayacaq” - Zelenski deyib.

Səid,

Sitat.info



Xəbər xətti