İsrail parlamenti “Əl-Cəzirə”-nin yayımını qadağan etdi

22:07 1 Aprel 2024

İsrail parlamenti Qətərdə fəaliyyət göstərən Əl-Cəzirə televiziyasının İsraildə yayımının qarşısını alan qanun layihəsini ikinci və üçüncü səsvermədə təsdiqləyib.

Sitat.info xəbər verir ki, İsrail parlamenti bugünkü iclasda açıq şəkildə “Əl-Cəzirə qanun layihəsi” adlandırılan və “hökumətə İsrailin milli təhlükəsizliyinə zərər vurduğu əsası ilə xarici medianı bağlamaq səlahiyyəti verən” qanun layihəsini ikinci və üçüncü səsvermədə qəbul edib.

Baş nazir Benyamin Netanyahu X sosial media platformasındakı paylaşımında Əl-Cəzirənin İsrail təhlükəsizliyinə zərər verdiyini, 7 oktyabr hücumlarında fəal iştirak etdiyini və İsrail əsgərlərinə qarşı təxribatçı ifadələr işlətdiyini iddia edib.



Xəbər xətti